Kredit tarixçəsi sorğularında 70 faiz artım - BÜRO MƏLUMAT YAYDI

Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Ötən ilin yekunlarına əsasən Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatmışdır.

 

Bu, Azərbaycan Kredit Bürosundan “Marja”ya daxil olmuş məlumatda bildirilir.

 

Məlumatda qeyd edilib ki, 2018-ci il ərzində Büronun sistemindən 30 bank və 38 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,845,147 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 70 faiz çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 1,080,463 sorğu yerinə yetirilmişdir.

 

Büroda aparılmış sorğuların 1,651,065-i banklar, 194.082-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

 

Ötən dövr ərzində Büro tərəfindən 5 xidmət istismara verilmişdir ki, bunlar da kredit hesabatları, kredit skorinqi, arxiv sorğuları, mobil və kommunal xidmət hesabatlarıdır.

 

Qeyd olunan dövr ərzində 12,659 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 12,573-ü fiziki, 86-sı isə hüquqi şəxslər olmuşdur.

10 Yanvar 2019 , 11:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Volksvagen Touareg Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin