Şirkət rəhbərinin işi məhkəməyə göndərilib - 198 ZƏRƏRÇƏKMİŞ VAR
“Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi - hüquqşünas Habil Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Cinayət işində 198 zərərçəkmiş var.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri C.Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən H.Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
C.Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da eyni əmələ görə həbs edilib. Hazırda onların Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam etdirilir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
33 d. əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 39 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
2 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
3 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir