Apteklərin fəaliyyət qaydalarının pozulmasına görə sanksiyalar sərtləşdi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində apteklərin fəaliyyət qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlı dəyişiklikləri təsdiq edib.

 

Müvafiq qanun dövlət başçısının saytında dərc olunub.

 

Məcəlləyə əlavə edilmiş 452.3-cü maddəyə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslərin 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

 

452.3-cü maddədə nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, Məcəlləyə 221.10 və 221.11-ci maddələr əlavə edilib. Bu maddələr dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə cərimə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutur.

 

221.10-cu maddəyə əsasən dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir. Bu maddədə nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər 2500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

11 Yanvar 2019 , 12:23   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin