Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Kənd təsərrüfatına verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kənd təsərrüfatına verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri. İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi – bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir. Amma biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi”.

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Prezident çıxışına belə davam edib:

 

“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.

 

Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. Ümumiyyətlə isə bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır”.

11.01.2019 20:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ