Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ermənilər Qazaxda ekskavatora atəş açıb, kabinanın şüşəsi sındırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ermənilər Qazaxda ekskavatora atəş açıb, kabinanın şüşəsi sındırılıb

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqa­mətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs re­ji­minin pozulması halları davam etməkdədir.

 

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bu gün saat 11:20 və 11:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonu­nun Kəmərli kəndi yaxınlı­ğındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən ida­rə olunan eksko­va­­tora doğru 7,62 mm çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pu­lem­yo­tun­dan atəş açılıb, nəticədə 6 güllə ekska­va­torun çalovuna və başqa hissələrinə dəyib, kabinanın şüşəsi sındırılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.   

12.01.2019 12:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ