Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şəmkirdə istixana şəraitində yetişdirilən çiyələk əkini genişləndirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkirdə istixana şəraitində yetişdirilən çiyələk əkini genişləndirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uzun müddətdir çiyələk yetişdirməklə məşğul olan şəmkirli fermerlərin bu sahəyə marağı ilbəil artır.  

 

Reklam_3_11

İstehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələk Şəmkir rayonunun əsasən Qədimqala kəndində açıq və istixana şəraitində yetişdirilir.

 

Bir hektara təxminən 5 min ədəd şitil əkən fermerlər məhsuldarlığın yüksək olması üçün aqrotexniki qaydalara tam əməl edilməsini vacib sayırlar.

 

Fermer Mahir Orucov deyir ki, istixanaların qurulmasında Gürcüstandan gətirilmiş xüsusi parçalardan istifadə olunur. Bu parçalar qış aylarında şaxtaya qarşı səmərəlidir. Bununla yanaşı, fermerlər istixananın daxilində şitillərin inkişafı üçün lazım olan 10-15 dərəcə istiliyi təmin etmək üçün qızdırıcılardan da yararlanırlar.

 

Hazırda fermerlər ən çox Türkiyədən gətirilən çiyələk sortlarını əkirlər. Çünki, bu sortlardan ilboyu məhsul götürmək mümkündür. Yerli bazarda çiyələyin bir kiloqramı 10-15 manata satılsa da, alıcılar tərəfindən bu giləmeyvəyə yüksək tələb var. Yığılmış məhsul daha çox Şəmkir və ətraf şəhərlərin bazarlarında, eləcə də Bakıda satılır. Bəzən isə sahibkarlar öz məhsullarını xarici bazarlara da ixrac edirlər.

 

Qədimqala kənd icra nümayəndəsi Əsgər Əsgərov bildirir ki, hazırda kənddə 10 hektardan çox çiyələk yetişdirilir. İlk dəfə olaraq 5 hektarda İspaniyadan gətirilən yeni sort çiyələk əkilib. İlk yığımına mart ayında başlanılacaq həmin sortdan bu il fermerlər daha çox məhsul gözləyirlər. Əgər proqnozlar özünü doğruldarsa, çiyələk sahələri bir qədər də genişləndiriləcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

13.01.2019 18:07

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ