Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu təsərrüfatda hər inəkdən 7 tona yaxın süd sağılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu təsərrüfatda hər inəkdən 7 tona yaxın süd sağılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində fəaliyyət göstərən “ASK Heyvandarlıq” MMC-nin südlük-maldarlıq üzrə özəl heyvandarlıq təsərrüfatında olan inəklərin hər birindən 2018-ci ildə 6 min 935 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 365 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 19 kiloqram süd sağılıb.

 

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

 

Mərkəzin rəsmisi bildirib ki, ötən il bu müəssisədə 4 min 64 ton süd istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 930 ton və ya 29,7 faiz çoxdur. Hazırda təsərrüfatda saxlanılan 1321 baş iribuynuzlu mal-qaranın 586 başı ana maldır. Ana malın sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 621 baş, yəni inişilkindən 60 baş çox buzov doğulub.

 

Xatırladaq ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması mümkündür.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

13.01.2019 18:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ