Ən yuxarı statik reklam-3_3

Rusiyadan Bakıya yeni aviareys açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan Bakıya yeni aviareys açılır

Rusiyanın yeni aviaşirkətlərindən olan “UVT Aero” iyul ayından etibarən Kazan şəhərindən (Tatarıstan) Bakıya uçuşlara başlamağa hazırlaşır. Şirkət həmin tarixdən etibarən Azərbaycanla yanaşı Belarus, Gürcüstan və Ermənistana da uçuşlar həyata keçirəcək. Hazırda uçuş üçün müvafiq icazələrin alınması prosesi gedir.

 

Şirkət həmçinin sentyabrdan etibarən Rusiyanın ən ucqar Qərb nöqtəsi olan Kalininqrada da reyslərə başlayacaq.

 

Kazan Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hazırda Bakıya həftədə bir reys həyata keçirilir və bu, "Azerbaijan Airlines" aviaşirkəti vasitəsi ilə reallaşdırılır. Bu reyslə həmçinin Tbilisiyə (Gürcüstan) də transferlə uçmaq mümkündür.

 

Şirkətin baş direktoru Pyotr Trubayev qeyd edib ki, Bakıya uçuşların qiymətləri hələ bilinmir.

 

Xatırladaq ki, “UVT Aero” Tatarıstan Respublikasının aviaşirkətidir və 2015-ci ildə yaradılıb.

 

© Report

27.02.2017 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ