Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dolların qiymətləri təzyiq altında qalmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların qiymətləri təzyiq altında qalmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya maliyyə bazarlarında bu həftə İngiltərə parlamentindən Breksit səsverməsi və TCMB-nin faiz qərarının güclü volatilliyiə səbəb olacağı gözlənilir.


 

EUR

 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.

 

GBP

 

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. 1.28$-a təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti, bu səviyyənin üzərində qaldıqca, 1.30$-a kimi bahalaşa bilər.

 

İngiltərə höküməti ilə Avropa Birliyi arasında razılaşdırılan Breksit sazişinin çərşənbə axşamı parlamentdə səs verməyə çıxarılması da böyük maraqla gözlənilir və nəticələr dünya birjalarında böyük dalğalanmaya səbəb olacaqdır.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə dolların bahalaşması müşahidə edilməkdədir. 5.48TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.51TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.63TL-yə kimi də bahalaşa bilər.

 

Türkiyə Mərkəzi Bankının (TCMB) çərşənbə günü açıqlayacağı faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilir.

 

OIL

 

Avropanın Brent markalı neftinin qiyməti 63$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Lakin qiymət yendiən 61$-ı yuxarı istiqamətdə qırarsa, 64$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yüksək qalmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1298$-ı (41.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1326$-a (42.6 $/qram) kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14.01.2019 05:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ