Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Amrah Sığorta”nın səhmdarları bzinesin gücləndirilməsi üçün yığışacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrah Sığorta”nın səhmdarları bzinesin gücləndirilməsi üçün yığışacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn ay “Amrah Sığorta”nın səhmdarlarının yığıncağının keçiriləcəyi gözlənilir. Yığıncaqda şirkətin maliyyə vəziyyətinin düzəldilməsi, sığorta haqlarının məbləğini artırmaq üçün əlavə tədbirlərin görülməsi ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.

 

Reklam_3_11

“Amrah Sığorta”dan bildirilib ki, sığorta yığımlarımızın təxminən 80%-i “Amrah Bank”ın verdiyi avtomobil kreditləri hesabına formalaşırdı:

 

“İndi isə bank elə də çox avtokredit vermir. Bu da “Amrah Sığorta”nın könüllü avtomobil sığortasından daxilolmalarını kəskin azaldıb. Lakin əvvəlki illərdə bağladığımız sığorta müqavilələri var və onlara görə də öhdəliyimizi yerini yetiririk. Son nəticədə ödənişlərimiz yığımlarımızdan çoxdur. Öz vəsaitimiz hesabına müştərilərə ödəniş veririk”.

 

Ötən il şirkət 62 554 manat həcmində sığorta haqqı toplayıb, əvəzində isə 191 913 manat ödəniş edib.

 

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

 

© Report

27.02.2017 09:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ