"Marcom" Marketinq və PR şirkəti yeni xidmətini təqdim etdi
Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərən “Marcom” Marketinq və PR şirkəti xidmətlərinin sırasına Marketinq Audit xidmətini əlavə edib. Şirkətin təqdim etdiyi bu xidmət sayəsində fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər onlar üçün görülmüş marketinq işlərinin analiz olunmasını “Marcom” Marketinq və PR şirkətinə sifariş edə bilərlər.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə, bu xidmətin yaranmasına səbəb şirkətin rəqəmsal marketinq xidmətləri çərçivəsində bazara təqdim etdiyi SEO Optimizasiya xidməti olmuşdur:
“Biz hər zaman şirkətlərin rəqəmsal dünyada olan mövcud vəziyyətini əlimizdə olan marketinq alətləri ilə analiz etdikdən sonra onların görüşünə gedirik. Bu ilk görüşdə onlara xoş təəssürat bağışlasa da, sonradan sifarişi icra edən şirkətin buraxdığı nöqsanların nəticələrini görüb məyus olurdular. Bazarda rəqəmsal marketinq anlamında yanlış istiqamətdə inkişaf edən şirkətləri görəndən sonra qərara aldıq ki, Marketinq Audit xidmətini yaradaq. Biz inanırıq ki, bu xidmət bazara öz töhfəsini verəcək və inkişaf yolunu seçən şirkətlər öz marketinq işlərini daha peşəkar xidmət göstərən şirkətlərə həvalə edəcəklər.”
Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” şüarı altında fəaliyyət göstərən Marcom Marketinq və PR şirkəti bu ilin sonuna kimi bazara əlavə marketinq xidmətləri təqdim etmək üzərində çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
14 d. əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
17 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda