Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda dekor üzrə ixtisaslaşmış sayt fəaliyyətə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dekor üzrə ixtisaslaşmış sayt fəaliyyətə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

14 yanvar 2019-cu il tarixində Azərbaycanda ev və ofis dekoru üzrə ixtisaslaşmış www.artdekor.az  vebsaytı fəaliyyətə başlayıb. Artdekor şirkətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, sayt müştərilərin interyerlərinə uyğun hazır və məxsusi hazırlanmış məhsulların satışını həyata keçirir.

 

Reklam_3_11

Şirkət saytın ziyarətçilərinə müxtəlif kateqoriyada məhsullar təqdim edir.

 

Premium art məhsulları dünyaca məşhur dizaynerlərin məhsullarının Azərbaycanda yüksək keyfiyyətli istehsal versiyalarından ibarətdir. Əsasən Paslanmaz polad, qızıl boya və MDF materiallarından istifadə edilir. Premium art məhsulları görünüş və zövq baxımından qeyri adi məhsullardır.

 

ART Mebel məhsulları MDF materiallarından hazırlanan qeyri adi görünüşə malik rəflər, dünyaca məşhur “SECTO design” işıq məhsullarının Azərbaycanda istehsalı və interyerə fərqli gözəllik verən divar saatı məhsullarından ibarətdir.

 

ART Şəkillər isə foto kağız, kətan, vinil və oboy üzərində interyerə uyğun tərtib olunmuş gözəlliyi ilə fərqlənən şəkillərin çapı, fərdi şəkillərin hazırlanması və sairə xidmətləri əks etdirir.

 

ART PANEL – MDF-dən hazırlanmış 3D panellər və Radiatorlar üçün hazırlanan ekranlardır.

 

ART SOUND bölməsində istənilən səsin, musiqinin, sitatların, şəhərin, məşhurların səslərinin interyerin dizaynına uyğun şəkildə səs dalğalarında şəkil kimi əks etdirilmə xidmətindən ibarətdir.

 

Sayt vasitəsilə satın alınan bütün məhsullara 12 ay ərzində zəmanət verilir. Zəmanət müddəti şirkətin satdığı bütün məhsullara şamil edilir və məhsulların istehsalçı tərəfindən baş vermiş nasazlıqlarına aiddir.

 

Artdekor.az saytı Artdekor şirkətinin məhsuludur. Şirkət 2017-ci ildə fəaliyyətə başlayıb. Əsas istiqaməti dekorativ məhsulların istehsalı və satışını həyata keçirtməkdir. Bu gün evinizə, ofisləriniz və istədiyiniz məkanlara uyğun həm interyer, həm də eksteryer üçün dekorativ məhsulları yeni yaradılan artdekor.az saytı vasitəsilə əldə edə bilərsiniz. Almaniya və Türkiyə avadanlıqları ilə keyfiyyətli materiallardan hazırlanmış məhsullar evinizi, ofisinizi və istədiyiniz bütün məkanları bəzəyəcək, əhvalınızı xoş edəcəkdir.

 

Missiyamız - İnsanların rahatlığını təmin edəcək, onların həyatlarını daha zövqlü edəcək məhsullarımızın ölkənin istənilən yerində hər bir şəxsə, ofisə və ya istənilən məkana təqdim etməkdir.

14.01.2019 08:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ