Azərbaycan və Koreya arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb
İqtisadiyyat naziri Şahin Mustafayev Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ilə görüşüb.
Görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, dövlət və hökumət başçılarının yüksək səviyyəli səfərləri çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.
Azərbaycan və Koreya arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, Koreya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.
Nazir Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib.
Azərbaycan və Koreya investisiya sahəsində də əməkdaşlıq edir. Koreya tərəfindən Azərbaycan iqtisadiyyatına 180 mln. dollara yaxın, Azərbaycan tərəfindən isə Koreyaya 474 mln. dollar investisya yatırılıb. İqtisadiyyat naziri Koreya Beynəlxalq Əməkdaşlıq Agenliyi (KOİCA) ilə sıx əməkdaşlığı qeyd edib və KOİCA-nın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Şahin Mustafayev Azərbaycanın stabil və təklükəsiz ölkə, Cənubi Qafqazın siyasi-iqtisadi, mədəni mərkəzi olduğunu vurğulayıb, iqtisadi sahədə əldə edilən uğurlar barədə məlumat verib. Qeyd edilib ki, davamlı iqtisadi inkişaf edən Azərbaycanda 2018-ci ildə ÜDM 1,4%, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənayesı 9,1%, kənd təsərrüfatı 4,6% artıb, ötən il 11 mlrd. manatı qeyri-neft sektoruna olmaqla, ölkə iqtisadiyyatına 17,2 mlrd. manat investisiya yatırılıb, strateji valyuta ehtiyatları 45 mlrd. dollar təşkil edib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir Şahin Mustafayev vurğulayıb ki, Dünya Bankının açıqladığı “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.
İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətləri barədə danışıb, sənaye, tranzit, investisiya, maliyyə, turizm, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Tong Op ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, imzalanacaq Sazişin bu baxımdan əhəmiyyətini qeyd edib.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op imzalayıblar.
Sənəddə Azərbaycan Respublikası və Koreya Respublikası arasında texniki yardım və qrant müqaviləsi üzrə birgə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
1 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
3 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb