Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu il Həcc ziyarəti ilə bağlı qiymətlərin artacağı gözlənilir - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Həcc ziyarəti ilə bağlı qiymətlərin artacağı gözlənilir - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu ilki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.

 

QMİ-dən verilən məlumata görə, səfər zamanı Səudiyyə tərəfinin ziyarət ilə bağlı bu ilki şərtləri öyrənilib, zəvvarların qalacağı otellər müəyyənləşdirilib.

 

Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə bu ilki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır. Qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı gözlənilir. Ziyarət bu il də keçən ilki kimi iki varinatda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub. 

 

Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib. Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir. 

14.01.2019 08:44

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ