Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İranda təyyarə qəzası -15 NƏFƏRİN MEYİTİ TAPILIB + YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranda təyyarə qəzası -15 NƏFƏRİN MEYİTİ TAPILIB + YENİLƏNİB

 İranda “Boeng-707” tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

Hadisə yerindən 15 nəfərin meyiti tapılıb. 

 

Onların hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil.

 

İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından bildirilib ki, təyyarədə ümumilikdə 16 nəfər olub. Onlardan biri sağ xilas edilib. Qurumdan qeyd edilib ki, ölənlərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. 

 


*** 11:45

İranda qəzaya uğrayan “Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

 

 “Fars” agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.

 

Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.

 

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.  

 

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.

 

*** 10:06

 

İranda “Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.

 

TASS xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib.

 

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.

 

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

 

***

 

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb.

 

Hadisə yerinə helikopterlə xilasedicilər göndərilib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

14.01.2019 11:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ