Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Sosial sahədə xidmətlərdə mühüm islahatlar ili olub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sosial sahədə xidmətlərdə mühüm islahatlar ili olub"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub.

 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və cari ildə  Bakıda 3 “DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər “bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.

 

Eyni zamanda, Prezident cənab İlham Əliyevin 5 sentyabr tarixli Fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən “e-sosial” internet portalı yaradılıb. (www.e-sosial.az)

 

Məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması ilə işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradan “Məşğulluq” altsisteminin yaradılmasına başlanılıb və sistemin qurulması işləri artıq başa çatmaqdadır. “Pensiyaçının dostu” proqramı hazırlanaraq cari ilin əvvəlindən işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Bu il ərzində pensiya hüququ çatacaq şəxslərdən 70 faizinin pensiya hüququ yaranan gün və heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan məhz elektron qaydada pensiya təyinatı həyata keçiriləcək.

 

Prezident cənab İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanan “İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Bu proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.

14.01.2019 09:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ