Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AYİB-in Qafqaz üzrə Regional direktoru təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYİB-in Qafqaz üzrə Regional direktoru təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xanım Katarina Bjorlin Hansen AYİB-nın Qafqaz regionu üzrə yeni Regional Direktoru vəzifəsinə təyin edilib və 1 aprel 2019-cu il tarixində yeni vəzifəsini Tbilisidə icra etməyə başlayacaq. Bu barədə "Marja"ya AYİB-dən bildirilib. 


O, bu vəzifədə AYİB-in Mərkəzi Asiya üzrə Baş direktoru vəzifəsinə təyin olunmuş Bruno Balvaneranı əvəz edəcək.

 

Yeni təyinatında xanım Hansen Bankın Ermənistan, Azərbaycan və Gürcüstandakı əməliyyatlarına rəhbərlik edəcək və investisiya qoyuluşu, siyasətlərin icrası, kiçik sahibkarlıq subyektlərinə konsultasiyalar və islahatlara dəstək yolu ilə bu ölkələrin iqtisadi inkişafını daha da sürətləndirməyə kömək edəcək.  

 

Xanım Hansen qeyd etdi: “Mən Qafqaz regionuna baş direktor vəzifəsinə qayıtmağıma və bu önəmli vəzifəni icra etmək imkanına malik olacağıma görə çox məmnunam. Bu region əlavə inkişaf üçün böyük potensialı olan strateji cəhətdən vacib bir regiondur. Bunun üçün əsas tələb onun qlobal iqtisadiyyata daha çox inteqrasiyasıdır və AYİB sərmayə qoyuluşu və islahatlar yolu ilə bu inkişafı dəstəkləməyə davam edəcək. Yerli AYİB qrupları ilə birlikdə işləməklə hər kəs üçün faydalı olacaq bu iqtisadiyyatların müvəffəqiyyətinə dəyərli töhfə verə biləcəyimə ümid edirəm”

 

İsveçli xanım Hansen AYİB-ə 2006-cı ildə qoşulmuşdur və ilkin olaraq Tbilisidə iqamət etməklə 2016-cı ilə qədər Bankın Mərkəzi Asiya, Qafqaz regionu, Belarus və Moldovada şəhər infrastrukturu ilə bağlı fəaliyyətlərə görə cavabdehlik daşıyırdı. Bu dövr ərzində o, 100-dən çox şəhərdə bərk tullantıların idarə edilməsi, su təchizatı, axıntı sularının idarə edilməsi, ictimai nəqliyyat, yaşayış yerlərinin istilik təchizatı və ağıllı şəhər sahələrində investisiya qoymaqla şəhər infrastrukturu layihələrini hazırlayıb icra etmişdir.          

 

2016-cı ildə xanım Hansen Misir üzrə Müdir müavini qismində Qahirə şəhərinə köçmüş və orada Bankın investisiya və siyasətlərin icrası fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirməsinə nəzarət etmişdir.

   

AYİB-ə gəlməzdən öncə xanım Hansen Müstəqil  Dövlətlər Birliyi ölkələrində, Cənubi-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin infrastrukturuna görə cavabdehlik daşımaqla 10 il ərzində Carl Bro konsaltinq şirkətində çalışmışdır. Bu müddət ərzində o, Kopenhagen, Moskva və Banqkok şəhərlərində iqamət edirdi. O, London şəhərində yerləşən Şərq və Afrika Ölkələrinin Tədqiqi təhsil müəssisəsində İnkişafın Maliyyələşdirilməsi sahəsi üzrə magistr dərəcəsi almışdır.

 

Bu günə kimi AYİB Qafqaz regionuna 564 layihə vasitəsilə 7.77 milyard avro həcmində investisiya qoymuşdur.

14.01.2019 12:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ