Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ərdoğan, dünən Türkiyəni təhdid edən Tramp ilə danışdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan, dünən Türkiyəni təhdid edən Tramp ilə danışdı

Bu axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.  


 
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr ilə yanaşı, Suriyada baş verən son proseslər müzakirə olunub.


 
Ərdoğan, həmkarının Suriyadan çıxmaq qərarını məmnuniyyətlə qarşıladıqlarını ifadə edərək, bu çərçivədə Türkiyənin NATO müttəfiqi ABŞ-a hər cür dəstək verməyə hazır olduğunu bildirib. 


 
Regionda nəzarətsizlik meydana gəlməməsi üçün Münbiç Yol Xəritəsinin başa çatdırılması, həmçinin çıxmaq qərarının həyata keçirilməsini əngəlləmək istəyən ünsürlərə imkan verilməməsi lazım olduğunu vurğulayan iki lider, ictimaiyyətlə sağlam ünsiyyətin əhəmiyyətinə toxunmuşlar.


 
Ərdoğan və Tramp, Suriyanın ərazi bütövlüyü əsasında ölkənin şimalında terrordan təmizlənmiş təhlükəsiz bir zona yaradılması fikrini də müzakirə ediblər.


 
Ərdoğan, Türkiyənin kürdlərlə heç bir problemi olmadığını, ölkəsinin məqsədinin milli təhlükəsizliyinə təhdid təşkil edən terror təşkilatları İŞİD, PKK və PKK-nın Suriya təşkilatları ilə mübarizə aparmaq olduğunu vurğulamışlar.


 
Görüşdə ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyələrə qaldırılması barədə razılıq da əldə olunub.

 

Qeyld edək ki,dünən Tramp Türkiyəni hədələyərək, "Kürdlərə hücum etsələr Türkiyəni iqtisadi olaraq məhv edəcəyik" demişdi. 

14.01.2019 19:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ