Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ağ evdə “fast food” ziyafəti təşkil olunub - SƏBƏBİ MARAQLIDIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağ evdə “fast food” ziyafəti təşkil olunub - SƏBƏBİ MARAQLIDIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trampla Konqres arasında Meksika sərhədində tikiləcək divara maliyyə vəsaitinin ayrılması məsələsi üzrə mübahisə nəticəsində hökumətin fəaliyyətinin qismən dayandırılması və insanların əməkhaqqından məhrum olması Ağ evə də təsirini göstərib.

 

CNN xəbər verir ki, Amerika çempionu olan “Clemson Tigers” futbol komandasının üzvlərini Ağ evdə qəbul edən Prezident Tramp onlara yaxınlıqdakı bir restorandan “fast food” yeməkləri – pizza, hamburger sifariş edib. Bu orijinal ziyafətin səbəbi isə Prezident iqamətgahındakı mətbəxdə işləyən personalın maaşının verilmədiyi üçün məcburi məzuniyyətə buraxılması olub.

 

Ağ evdən bildiriblər ki, Tramp qonaqlarına 300 ədəd “BİgMac” hamburgeri, pizza və kartof qızartması sifariş edib. Prezident bildirib ki, o, şəxsən restorana gedib və pulunu ödəyərək bu yeməkləri alıb.

 

Xatırladaq ki, ABŞ-da 24 gündür davam edən hökumətin fəaliyyətinin qismən dayandırılması 800 min nəfərin əməkhaqqı ala bilməməsinə səbəb olub.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

15.01.2019 09:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ