Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirliyinin 700-ə yaxın əməkdaşı cəzalandırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirliyinin 700-ə yaxın əməkdaşı cəzalandırılıb

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn bu tədbirlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və vətəndaşlarla münasibətlərin şəffaf qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində başlıca prinsiplərdən biridir.

 

Xüsusilə əhali ilə sıx təmasların mövcud olduğu yerli strukturların fəaliyyətinə, onlar tərəfindən sosial proqramların, o cümlədən özünüməşğulluq proqramının icrasına nəzarət həyata keçirilir, vətəndaşlar tərəfindən daxil olan şikayətlər operativ araşdırılır. Fəaliyyətində, vətəndaşlara xidmətlərdə nöqsanlara yol verən, dövlət qulluqçularının etik davranış qaydalarına zidd elementlər aşkar edilən əməkdaşlarla bağlı aidiyyəti tədbirlər görülür, hər hansı qanun pozuntularının aradan qaldırılması təmin edilir.

 

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

İl ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

15.01.2019 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ