Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

37 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
37 milyard manatı "yedik-içdik"

2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 37,1 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artmışdır.

 

Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

37 090,0

103,0

o cümlədən:

ərzaq məhsulları

16 985,4

102,6

içkilər və tütün məmulatları

 1 653,0

101,0

toxuculuq məhsulları, geyim və ayaqqabılar

6 609,0

103,5

elektrik malları və mebellər

2 282,3

103,1

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

269,4

102,8

əczaçılıq və tibbi mallar

476,0

103,0

avtomobil yanacağı

2 179,9

102,2

digər qeyri-ərzaq məhsulları

 6 635,0

103,9

 

2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,0 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 4,2 faiz azalmışdır.

 

BİR NƏFƏRƏ 314,8 MANAT DÜŞÜB

 

2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

15.01.2019 14:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ