Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın neft hasilatı yerində sayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın neft hasilatı yerində sayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.

 

Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,2 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 faiz artmış, neft hasilatı isə 2017-ci ilin səviyyəsində qalmışdır.

 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,0 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 26,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 14,0 faiz, içkilərin istehsalı 12,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 0,5 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,7 faiz, əczaçılıq məhsullarının istehsalı 15,1 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, hazır metal məmulatlarının istehsalı 27,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3 faiz azalmışdır.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artmışdır.

15.01.2019 14:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ