Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankın dəstəyilə daha 11 jurnalist peşəkar təlimdən keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın dəstəyilə daha 11 jurnalist peşəkar təlimdən keçdi

British Council-ın PAŞA Bank ilə həyata keçirdiyi Biznes Jurnalistikası layihəsinin Azərbaycanda keçirilən təlimləri uğurla tamamlanıb.

 

Layihə çərçivəsində 11 jurnalist peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlərdə iştirak etdilər. Jurnalistlər Thomson Fondunun təlimçisi tərəfindən keçirilən hər biri beş gün olmaqla ümumilikdə üç təlimdə iştirak etdilər. Proqram Thomson Fondu tərəfindən Birləşmiş Krallıqda həyata keçirilən təhsil səfəri ilə tamamlanacaqdır.

 

Biznes Jurnalistikası layihəsi British Council və PAŞA Bank ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 70 dən çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak etmişdir. Bu il layihə çərçivəsində Space TV, Trend, APA Hoding, Azertag, ARB, SIA News Agency də daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 jurnalist layihədə iştirak etmişdir.

 

Bakıda keçirilən, ümumilikdə üç həftə davam edən təlimlərdə jurnalistlər mobil, video, audio, data jurnalistikası, fotoqraflıq, xəritələr, onlayn və sosial media da daxil olmaqla müxtəlif multimedia bacarıqları əldə etdilər. Təlimlərin sonuncu həftəsində jurnalistlər əldə etdikləri bacarıqlara əsasən iqtisadi krizis, əyləncə turizminin inkişafı, Azərbaycanlılıar üçün global səyahət, Azərabaycan film sənayesi, Bakıda yaşayan xanımların kiçik biznes qrupunun incəsənət fəaliyyətləri, Bakıda çoxsaylı taksi şirkətlərinin fəaliyyəti, qadın fermerlərin üzləşdiyi çətinliklər və gözdən əlil şəxslər üçün hi-tech Braile planşetinin hazırlanması barədə müxtəlif maraqlı multimedia hekayələri hazırlayaraq təqdim etdilər.

 

Bu jurnalistlər eləcə də layihənin sonu olaraq 2017-ci ilin mart ayında Birləşmiş Krallığa səfər edərək BBC və Telegraph kimi tanınmış media agentliklərinə baş çəkəcək və görkəmli jurnalistlər ilə görüşmək imkanını əldə edəcəklər.

 

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova qeyd edib: «Bu 6 il ərzində biznes-jurnalistikanın inkişafı üzrə layihə PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsinə çevrilib. Bizim üçün bu layihənin başlıca məqsədi hər zaman yerli KİV-in əsasən iqtisadi və biznes-mövzuları işıqlandıran aparıcı peşəkar jurnalistlər qrupunun yaradılması olmuşdur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, PAŞA Bankın British Council ilə birgə bu istiqamətdə göstərdiyi səylər öz töhfəsini verib. İxtisaslaşdırılmış treninqlərdə iştirak etməklə, avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla yerli jurnalistlər əldə etdikləri vərdişləri ictimaiyyətin daha da peşəkar məlumatlandırılmasında və ölkədə baş verən iqtisadi islahatların və yenidənqurmanın təhlilində uğurla istifadə edir”.

 

Thomson Fondunun təlimçisi, Dan Mason dedi: Təlim iştirakçılarının qısa müddət ərzində belə dərin, keyfiyyətli, müxtəlif və rəngarəng işləri hazırlaması proqramın ən maraqlı hissəsidir. Hər il qruplar yeni multimedia hekayələri hazırlayırlar və bu il də çox gözəl işlər hazırlandı. Qrup işıqlı gələcəyə indi daha da inamla hazırdırlar və növbəti mərhələdə layiq olduqları London səfərində iştirak edəcəklər.

 

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

27.02.2017 12:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ