Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Funt-sterlinq "Brexit" səsverməsilə kəskin ucuzlaşdı, sonra bahalaşdı - SSENARİLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Funt-sterlinq "Brexit" səsverməsilə kəskin ucuzlaşdı, sonra bahalaşdı - SSENARİLƏR

Funt sterlinq/dollar (GBP/USD - British Pound US Dollar) məzənnəsi, Theresa May hökumətinin "Brexit" müqaviləsinin parlamentdə keçirilmiş səsvermədə rədd edilməsinin ardından kəskin düşüb. Sonra məzənnə yenidən yüksələrək itkisini geri alıb.
 

"Marja" xəbər verir ki, Theresa May-ın Avropa Birliyi ilə razılaşdırdığı "Brexit" müqaviləsi parlamentdə keçirilmş səsvermədə 432 səs ilə (əleyhinə) rədd edilib. Müqavilənin lehinə cəmi 202 səs verilib. 

Reklam_3_11


Səsvermənin ardından ilk əməliyyatlarda Sterlinq/dollar məzənnəsi kəskin düşüb (Sterlinq ucuzlaşıb, dollar bahalaşıb) Sonra isə məzənnə yüksəlib. Analitik proqnozlar, 100-dən çox bir səs fərqinin funt-sterlinq üçün mənfi olacağı istiqamətində idi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Sterlinq/dollar məzənnəsi səsvermənin ardından 1.2670-yə qədər gerilədikdən sonra 0.01 faiz minusda 1.2857-yə yüksəlib (saat 08:55-ə olan məlumat). 

 
İnvestorların əksəriyyəti üçün ən yaxşı ssenari ikinci dəfə referenduma getmək olacaq. Belə bir vəziyyətdə sterlinq/dolar məzənnəsi - "Bloomberg"in analitiklər arasında keçirdiyi sorğusunun nəticələrinə görə 1.35-ə qədər yüksələ bilər.
 

"Bloomberg"in sorğusunun nəticələrinə görə ən pis ssenari olan müqaviləsiz "Brexit"in reallaşdığı ssenaridə məzənnə 1.15 səviyyəsinə pisləşə bilər.
 

Funt-sterlinq "Brexit" referendumundan bu yana 15 faiz ucuzlaşıb.

 

Qırmızı xətt referendumu, mavi xətt 2017 seçkisini göstərir.

16.01.2019 06:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ