Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Məhsullarımızı mart ayında yerli bazara çıxarmağı planlaşdırırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məhsullarımızı mart ayında yerli bazara çıxarmağı planlaşdırırıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neftçalada yaradılan sənaye məhəlləsində inşa olunan balıq yemi istehsalı zavodunda son tamamlama işləri görülür, avadanlıqlar quraşdırılır.

 

Reklam_3_11

Zavodun direktoru Zaur Salmanov bildirib ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədinə əsasən idxal edilən müasir texnika və avadanlıqlara görə sahibkarların əlavə vergi və rüsumlardan azad edilməsi iş adamlarının maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar ilkin investisiya xərclərinə 30 faizədək qənaət etməyə imkan verib.

 

Zavodun illik istehsal gücünün 25 min ton balıq yemi təşkil edəcəyini vurğulayan Z.Salmanov müəssisədə son tamamlama işlərinin aparıldığını, Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılmasına başlanıldığını bildirib.

 

Yeni zavodun Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olduğunu qeyd edən Z.Salmanov layihənin reallaşmasının digər rayonlarda da balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

 

“Artıq məhsullarımızı mart ayının sonlarında yerli bazara çıxarmağı planlaşdırırıq. Müasir və keyfiyyətli yemlərdən istifadə keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı və qara kürü istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Ümumilikdə isə, balıq məhsullarına olan tələbatın əsasən daxili istehsal hesabına təmin edilməsi idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq”, - deyə o bildirib.

 

Zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Bu da, öz növbəsində, regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabət qabiliyyətinin artırmasına səbəb olacaq. Müəssisədə 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Gələcəkdə iş yerlərinin sayının daha da artırılacağı nəzərdə tutulub.

 

© Azərtac

27.02.2017 13:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ