Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ələt qəsəbəsindəki yeni Bakı Limanı MDB ölkələri arasında “yaşıl liman” statusuna malik ilk liman olacaq.

 

Reklam_3_11

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən  bildirilib ki, yeni Bakı Limanı beynəlxalq İSO 14001:2015 sertifikatlaşdırma auditini müvəffəqiyyətlə keçib. İSO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemi” üçün göstəriciləri müəyyən edir və bu standart üzrə sertifikatlaşdırma həyata keçirir. Sertifikatlaşdırma Bakı Limanının İSO 14001:2005 standartının ekoloji tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini təsdiq edir. Bu sertifikat ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır.

 

Bakı Limanı fəaliyyətinin ilk günlərindən ətraf mühit, ekoloji standartların tətbiqinə xüsusi önəm verir. Belə ki, hazırda “yaşıl liman” konseptinin tələblərinə uyğun olan Bakı Limanı Xəzər dənizi hövzəsində ilk belə limandır. Burada çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Həmin qurğular çirkab sularının təmizlənməsi üçün bakterioloji əsaslı sutkalıq gücü 600 kubmetr təşkil edən sutəmizləmə, gəmilərdən kənarlaşdırılan neftlə çirklənmiş suların təmizlənməsi qurğuları, yağış zamanı meydana gələn səth sularının təmizlənməsi üçün septiklərdən ibarət təmizləmə sistemidir.

16.01.2019 06:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ