Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Davos Sammiti başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Davos Sammiti başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya İqtisadi Forumunun (DİF, WEF) təşkil etdiyi Davos Zirvəsi, gələn həftə İsveçrənin Davos qəsəbəsində başlayacaq. "Marja" xəbər verir ki, 22-25 Yanvarda keçiriləcək sammitə dair DİF-in Cenevrədə yerləşən mərkəzində mətbuat konfransı keçirilib.
 

Dünya İqtisadi Forumundan (DİF) verilən məlumata görə, bu il sammit 49-cu dəfə keçiriləcək. 
 

Reklam_3_11

Müvəqqəti büdcə böhranına görə federal hökumətin bağlanmasını əsas göstərərək Davos Sammitinə qatılmayacağını açıqlayan ABŞ Prezidenti Donald Tramp ilə bərabər, Böyük Britaniyanın Baş naziri Theresa May və Fransa Prezidenti Emmanuel Macron da sammitdə iştirak etməyəcək.
 

60-dan artıq ölkənin dövlət başçısı və baş nazir səviyyəsində təmsil ediləcəyi sammitdə, Almaniyanın Baş naziri Angela Merkel, Yaponiyanın Baş naziri Şinzo Abe və digər nüfuzlu şəxslər də iştirak edəcəklər.

 
Davos Sammitində 110 ölkədən 3 mindən çox iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatı nümayəndəsi iştirak edəcək.
 

"Qloballaşma: Dördüncü Sənaye İnqilabı Dövründə Qlobal Quruluşu Formalaşdırmaq" əsas mövzusu ilə keçiriləcək sammitdə, 350-yə yaxın sessiya keçiriləcək.
 

Dünya İqtisadi Forumunun Təsisçisi və icraçı direktoru Klaus Şvab, sammitə dair verdiyi açıqlamada "Bizim üçün gənc nəslin sammitdə iştirakı xüsusilə çox mühümdür. Qlobal əhalinin yarısı 27 yaşdan aşağıdır. Onların fikirlərinə yer vermək məcburiyyətindəyik",- deyib.
 

Şvab, sammitə qatılacaq 3 mindən çox iştirakçının yarısının, iş dünyası liderlərindən ibarət olacağını qeyd edib.

16.01.2019 07:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ