Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ASK tütün qurutma kameralarının layihələndiricisini müəyyən edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ASK tütün qurutma kameralarının layihələndiricisini müəyyən edib

“Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqələrində qurutma kameralarının layihələndirilməsi və quraşdırılması üzrə işlərin yerinə yetirilməsi üçün podratçını müəyyən edib.

 

“Təkliflər sorğusunun qalibi Fövqəladə Hallar Nazirliyinin nəzdində "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu olub”, - deyə cəmiyyətdən bildiriblər.

 

“Azərinşaatlayihə” ilə 7 yanvar 2019-cu il tarixində 70,913 min manat dəyərində müqavilə bağlanılıb.

 

Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

16.01.2019 07:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ