Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərsun Holdinq"də ixtisarlar aparılıb: Layihələr dayandırılıb, 100-ə yaxın işçi...

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsun Holdinq"də ixtisarlar aparılıb: Layihələr dayandırılıb, 100-ə yaxın işçi...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ciddi ixtisarlar baş verdiyi bildirilir. 

 

"Marja" "Unikal.org"a istinadən xəbər verir ki, şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

 

Məsələ ilə bağlı sorğuya cavab verən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:

 

""Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.

 

Kadır dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: "Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib.

 

"Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.


 

"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov "Marja"ya bildirdi ki, 100 nəfərə yaxın işçi ötən il ixtisar olunub: 

 

"100-ə yaxın işçi ötən il ərzində ixtisar olunanlardır. Şirkətdə, qeyri-adi, fövqəladə bir şey baş vermir. İşdən çıxarılan insanlar ilə bərabər, yeni işə qəbul edilənlər də var. "Azərsun Holdinq"də işlər öz axarı ilə davam edir. Narahatlıq doğuracaq hal yoxdur. Xəbər yanlış anlaşma nəticəsində ciddi ixtisar və layihələrin icrasına xitam verildiyi şəkilində təqdim edilib".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Unikal.org

 

16.01.2019 08:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ