Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib.

 

Reklam_3_11

 Yanvar ayının 15-dən etibarən abunəçilər burada bütün Azercell xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər.

 

Həmçinin Azercell-in yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcək.

 

Qeyd edək ki, Azercell ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda ölkə üzrə 8 müştəri xidməti ofisi, 1 məkanda 3 növ xidmət göstərən 29 Azercell Ekspress ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir.

 

Bundan əlavə, Azercell-in 20 Eksklüziv mağazası, 3 Asan Mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verilib. Onu da bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz abunələrinə yalnızüz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən Azercell müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

16.01.2019 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ