Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu bank devalvasiyaların ağır fəsadlarını xeyli aradan qaldırdı - MƏNFƏƏTƏ ÇIXDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank devalvasiyaların ağır fəsadlarını xeyli aradan qaldırdı - MƏNFƏƏTƏ ÇIXDI

“AGBank” ASC devalvasiyalardan sonra ilk dəfə mənfəətə çıxıb. Bankın cəmi gəlirinin artması və xərcinin isə geriləməsi ilə əməliyyat zərəri azalıb. Problemli kreditlər azalır, yaradılmış ehtiyatlar azad olur. Eyni zamanda, “AGBank”ın kapitalında artım da baş verib.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “AGBank” 2018-ci ili 5 milyon 367 min manat xalis mənfəət ilə başa vurub. "AGBank” 2016-cı ildə 35 milyon 630 min manat xalis  zərər etməsinin ardından, 2017-ci ildə 6 milyon 688 min manat xalis zərərə düşmüşdü. "AGBank" 2015-ci ili daha böyük - 88 milyon 386 min manat zərər ilə başa vurmuşdu. 

 

"AGBank”, ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılmış ehtiyatın bir hissəsinin azad olması və daşınmaz əmlakın satışından gəlir hesabına xalis mənfəət əldə edib.

 

GƏLİRİ ARTIB, XƏRCİ AZALIB

 

Belə ki, 2018-ci ildə "AGBank”ın cəmi gəlirləri 52 milyon 90 min manat təşkil edib. 2017-ci ildə Bankın cəmi gəlirləri 50 milyon 603 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə "AGBank”ın cəmi gəlirləri 1 milyon 487 min manat və ya təxminən 3% artıb.

 

2017-ci illə müqayisədə Bankın faiz gəlirləri 23 milyon 56 min manatdan 17 milyon 591 min manata düşüb (23,7% azalma), qeyri-faiz gəlirləri isə 27 milyon 547 min manatdan 34 milyon 499 min manata yüksəlib. Bankın qeyri-faiz gəlirlərinin 6 milyon 952 min manat və ya 25,2% artması diqqəti cəlb edir. Əlavə edək ki, "AGBank” düşünülmüş şəkildə hər kəsə kredit verilməsini dayandırmışdı. Kredit yalnız müsbət kredit tarixçəsinə malik olan, uzun müddətdir Bank ilə əməkdaşlıq edən müşətrilərə ayrılırdı. "AGBank”ın faiz gəlirləri bu səbəbdən azalıb.

 

2017-ci illə müqayisədə ötən il "AGBank”ın cəmi xərcləri (faiz və qeyri-faiz xərcləri) 1 milyon 175 min manat və ya 2,1% azalaraq 54 milyon 659 min manata düşüb (2017-də 55 milyon 834 min manat təşkil etmişdi). Bankın faiz xərləri 22 milyon 42 min manatdan 16 milyon 525 min manata düşüb (25% azalma), qeyri-faiz xərcləri isə 33 milyon 792 min manatdan 38 milyon 134 min manata qalxıb (12,8% artım).

 

DAŞINMAZ ƏMLAKINI SATIB

 

Qısası, ötən il "AGBank” 52 milyon 90 min manat faiz və qeyri-faiz gəlirini əldə etmək üçün 54 milyon 659 min manat xərc çəkib. Nəticədə Bankın 2 milyon 569 min manat əməliyyat zərəri yaranıb (2017-ci ildə “AGBank”ın 5 milyon 230 min manat əməliyyat zərəri yaranmışdı, 2 dəfə azalma olub). Ancaq əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 3 milyon 893 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb, eyni zamanda Bankın vergi ödənilənədək 1 milyon 324 min manat mənfəəti yaranıb. Bundan başqa, "AGBank” daşınmaz əmlakını satıb və satışdan 4 milyon 43 min manat gəlir əldə edib. Yekunda Bankın mənfəəti 5 milyon 367 min manata yüksəlib. "AGBank” ötən il mənfəət vergisi ödəməyib.

 

Qeyd edək ki, "AGBank”da ehtiyatların azalması problemli və riskli kreditlərin azaldığına işarədir.

 

2017-ci ildə “AGBank”, 5 milyon 230 min manat əməliyyat zərərinə görə və ehtiyatlara 1 milyon 347 min manat ayrıdığından həmin ili 6 milyon 688 min manat zərər ilə bağlamışdı.

 

BANK BÖYÜYÜB

 

31 Dekabr 2018-ci il tarixində “AGBank” 496 milyon 194 min manat cəmi aktivlərə, 444 milyon 140 min manat cəmi öhdəliklərə və 52 milyon 54 min manat cəmi balans kapitalına malik olub. Bankın aktivlərinin 245 milyon 695 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

 

31 Dekabr 2017-ci il tarixində “AGBank” 488 milyon 403 min manat cəmi aktivlərə, 441 milyon 233 min manat cəmi öhdəliklərə və 47 milyon 174 min manat cəmi balans kapitalına malik olub. Həmin il Bankın aktivlərinin 282 milyon 907 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.

 

Ötən il "AGBank"da depozitlər 9,3% artaraq 236 milyon 836 min manata yüksəlib.

 

MƏCMU KAPİTALI MİNİMAL TƏLƏBDƏN YÜKSƏKDİR

 

“AGBank” 2017-ci ilin sonunda 52 milyon 355 min manat məcmu kapitala malik olub. Bu da 50 milyon manat olan minimal tələbdən yüksəkdir. 

 

"AGBank" ötən il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək nizamnamə kapitalını 1,6 milyon manat artıraraq 103,8 milyon manata çatdırmışdır.

 

2019-cu ildə kredit fəaliyyətinin və digər xidmətlərin aktivləşdirilməsi ilə "AGBank"ın gəlirləri daha da arta bilər.  Xərclərin artmaması baş verərsə, Bank bu il əməliyyat mənfəəti əldə edə bilər. Eyni zamanda, problemli və riskli kreditlər azaldığından ehtiyatların azad olaraq mənfəətdə əks olunmasının davam edəcəyi nəzərdə tutulur. Bu ssenaridə, "AGBank" mənfəətdə qalacaq və Bankın məcmu kapitalı daha da yüksələcəkdir. 

 

  BALANS HESABATI

(min manatla)

Aktivlərin   maddələri

Cəmi

1

2

1. Nağd vəsaitlər

16731,82

2. "Nostro" hesablar

53476,41

3. Digər maliyyə institutlarına kreditlər

11571,24

4. Müştərilərə verilən kreditlər

245695,14

4.1 (çıx) Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

39468,02

4.2 Xalis kreditlər (sətir 10 çıx sətir 10.1)

206227,12

5. Əsas vəsaitlər və qeyri-maddi aktivlər

98081,03

6. Digər təsərrüfat cəmiyyətlərində iştirak

465,67

7. Balansdankənar aktivlər uzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

2,06

8. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

109642,76

9. Cəmi aktivlər

496193,99

 

ÖHDƏLİKLƏR                                                         

(min manatla)

Öhdəliklərin maddələri

Cəmi

1

2

1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi

236836,55

2. Bankların və digər maliyyə institutlarının depozitləri və kreditləri

135358,98

3. Digər bankların tələbləri (“Loro" hesabları)

20909,44

4. Digər passivlər

51034,91

5. Cəmi öhdəliklər

444139,88

 KAPİTAL

Cəmi

1. Xüsusi kapital

48848,60

a) dövriyyəyə buraxılmış adi səhmlər

103800,00

b) adi və imtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

6860,03

c) bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi

-61811,43

c1) əvvəlki illərin xalis mənfəəti (zərəri)

-67178,83

c2) cari ilin xalis mənfəəti (zərəri)

5367,41

2. Ümumi ehtiyatlar, cəmi

3205,52

3. Cəmi kapital

52054,11

4. Cəmi öhdəliklər və kapital

496193,99

 

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

 

 

(min manatla)

Mənfəət və zərər maddələri

İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla

1

2

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

1

17591,17

2. Faizlər və onlara bağlı xərclər, cəmi

2

16525,12

3. Xalis faiz gəliri

3

1066,06

4. Qeyri-faiz gəlirləri

4

34499,00

5. Qeyri-faiz xərcləri

5

38134,09

6. Əməliyyat mənfəəti (zərəri)

6

-2569,03

7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

7

-3893,34

8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)

8

1324,31

9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc)

9

4043,09

a) daşınmaz əmlakın satışından gəlir (xərc)

9a

4043,09

10. Vergilər ödənilənədək mənfəət (zərər)

10

5367,41

11. Mənfəətdən vergilər

11

0,00

12. Xalis mənfəət (zərər)

12

5367,41

 

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMUŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

 

   

(min manatla)

 

KAPİTAL VƏSAİTLƏRİ

0

 

1

2

 

1. I dərəcəli kapital

A1

43481,19

 

2. I dərəcəli kapitaldan  tutulmalar

A2

3416,77

 

3. Tutulmalardan  sonra I dərəcəli kapitalı

A3

40064,43

 

4. II dərəcəli  kapital

A4

12756,74

 

5. Məcmu kapital

A5

52821,16

 

6. Məcmu kapitaldan tutulmalar :

A6

465,67

 

7. Tutulmalardan  sonra məcmu kapital

A7

52355,50

 

8. Risk dərəcəsi üzrə ölçülmuş  yekun aktivlər

A8

427159,48

 

faizlə

 

0

Norma

Fakt

1

2

3

9. I dərəcəli  kapitalın  adekvatlıq əmsalı (3:8) x 100

A9

5,00%

7,160467054

10. Məcmu kapitalın  adekvatlıq  əmsalı (7:8) x 100

A10

10,00%

10,10831523

        

 

16.01.2019 19:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ