Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Netflix qiymətləri 18 faizədək artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Netflix qiymətləri 18 faizədək artıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Onlayn film və serial izləmə platforması Netflix-in son 7 ilin ən böyük qiymət artırımını həyata keçirməyə hazırlaşdığı bildirilib. Məlumata görə, Netflix paketlərini 18%-ədək bahalaşdıracaq. Yeni qiymətlər əvvəl ABŞ-da qüvvəyə minəcək. 
 

Netflix-in Baza, Standart və Premium olmaqla üç paketini də əhatə edəcək qiymət artımı nisbətinin 12.5% ilə 18% arasında dəyişməsi gözlənilir.
 

Reklam_3_11

"Marja" CNBC-yə istinadən xəbər verir ki, ABŞ-da 8 dollara təqdim olunan baza paket 9 dollara, 11 dollara təqdim olunan Standart paket 13 dollara və 14 dollara satılan Premium paketi isə 16 dollara qalxacaq.
 

Xəbərə görə, 18%-ə çatan bu qiymət artımı Netflix-in 2012-ci ildən bu yana etdiyi ən böyük bahalaşdırmadır. Mövcud Netflix abonentləri üçün isə yeni paket qiymətləri 3 ay sonra qüvvəyə minəcək.
 

190-dan artıq ölkədə 130 milyondan çox istifadəçisi olan Netflix-in ABŞ xaricindəki bazarlarda qiymət artımına gedib-getməyəcəyi isə hələ aydın deyil. 

16.01.2019 19:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ