“ADA” Universiteti KOBİA ilə əməkdaşlıq edəcək
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin inkişafı istiqamətində dövlət qurumları ilə yanaşı, ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.
Yanvarın 16-da KOBİA və “ADA” Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Sənədə əsasən, KOBİA və “ADA” Universiteti gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin tədris-innovasiya infrastrukturundan kiçik və orta biznesin (KOB) faydalanması, bu ali təhsil müəssisəsində aparılan tədqiqat işlərindən KOB-larda istifadə, innovativ sahibkarlığın təşviqi üçün KOB-ların və startapların universitetlə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, KOB-un tələbatına uyğun ixtisaslar üzrə müasir təhsil proqramları, dərsliklər və metodiki vəsaitlərin hazırlanması, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
8 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
10 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl