Gömrük ixrac-idxal rəqəmlərini açıqladı - SALDO DEKABRDA KƏSKİN AZALIB
2018-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 923 milyon 602 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 11 milyard 464 milyon 970 min dollarlıq, ixrac əməliyyatları üzrə 19 milyard 458 milyon 632 min dollarlıq ticarət qeydə alınıb. Nəticədə, illik 7 milyard 993 milyon 662 min manatlıq müsbət saldo yaranıb.
DEKABRDA İXRAC VƏ SALDO AZALIB
Dekabrda ixrac 1 milyard 540 milyon 165 min dollar, idxal 1 milyard 169 milyon 394 min dollar, müsbət saldo 370 milyon 771 min dollar təşkil edib. Noyabrda ixrac 1 milyard 947 milyon 901 min dollar, idxal 1 milyon 42 milyon 687 min dollar, müsbət saldo 905 milyon 214 min dollar təşkil etmişdi. Beləliklə, neftin qiymətinin düşməsilə əlaqədar olaraq ixrac azalıb və aylıq müqayisədə saldo 2,4 dəfə düşüb.
İXRACIN 91%-İ NEFT, QAZ VƏ NEFT MƏHSULLARI HESABINADIR
Ötən il Azərbaycanın 19 milyard 458 milyon 632 min dollarlıq ixracının 15 milyard 719 milyon 482 min dollarını (80.78%-ni) neft məhsulları, 1 milyard 499 milyon 385 min dollarını (7.71%-ni) təbii qaz və 520 milyon 600 min manatını (2.68%-ni) neft məhsulları təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ