Azərbaycandakı iqtisadi subyektlər qanunvericiliyin tələblərinə uyğun olaraq 2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər.
Bu barədə Auditorlar Palatasının iqtisadi subyektlərə müraciətində bildirilir.
“Auditorlar Palatası bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Palatanın internet səhifəsindən (www.audit.gov.az) əldə etmək olar”, - deyə müraciətdə qeyd olunub.