Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan neft ixracını artırıb - 5 MİLYARD DOLLAR ƏLAVƏ QAZANC

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neft ixracını artırıb - 5 MİLYARD DOLLAR ƏLAVƏ QAZANC
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycandan 15 milyard 719 milyon 482 min dollar dəyərində 29 milyon 498 min 337 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib.

 

"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı miqdar ifadəsində 8%, dəyər ifadəsində isə 47% artıb.

 

2017-ci ildə Azərbaycandan 10 milyard 706 milyon 817 min dollar dəyərində 27 milyon 227 min  902 ton xam neft ixrac olunmuşdu. Neftin bahalaşmasına görə, bu il Azərbaycan neft ixracından 5 milyard 13 milyon dollar daha çox qazanıb. 

 

TƏBİİ QAZ GƏLİRİ DƏ ARTIB

 

2018-ci il ərzində Azərbaycan 7,9 mlrd. kubmetrdən çox təbii qaz ixrac edib.Bu miqdarda təbii qazın dəyəri 1 milyard 499 milyon ABŞ dollarından çox olub.

 

Ötən il təbii qaz ixracının Azərbaycanın ümumi ixracında payı 7,71% təşkil edib. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub.

17.01.2019 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ