Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da neft istehsalı rekord səviyyədə - OPEC+UN PLANI PUÇ OLUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft istehsalı rekord səviyyədə - OPEC+UN PLANI PUÇ OLUR

ABŞ-ın kommersiya xam neft ehtiyatları, keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,7 milyon barel azalıb.


 

Reklam_3_11

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 2,7 milyon barel azalaraq 437,1 milyon barelə gerilədiyini açıqlayıb. Bazar proqnozu, ehtiyatların 1,3 milyon barel azalacağı istiqamətində idi.

 

ABŞ-ın benzin ehtiyatları, keçən həftə 7,5 milyon barel artaraq 255,6 milyon barelə yüksəlib. Bir əvvəlki həftə isə benzin ehtiyatlarındakı artım miqdarı 8,1 milyon barel təşkil etmişdi.

 

Kommersiya xam neft  ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

 

NEFT İSTEHSALI ARTIB

 

ABŞ-ın xam neft istehsalı, keçən həftə gündəlik ortalama 200 min barel artıb. Beləcə, 5 Yanvar -11 Yanvar həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 11,9 milyon barellə yeni rekord səviyyəyə qalxıb. Neft hasilatı son 53 həftədə 42-inci dəfə artıb.

 

EIA-nın Dekabr hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 12,1 milyon barel olacağı təxmin edilir.

 

ABŞ-da artan istehsalla əlaqədar olaraq neft qiymətləri düşüb.

 

ABŞ-da xam neft istehsalının rekord səviyyəyə qalxması OPEC+ koalisiyasının hasilatı azaltması planını puç edir.  

17.01.2019 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ