Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in istehsalı dekabrda azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in istehsalı dekabrda azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC-in dekabr ayına dair neft bazarı hesabatına görə, dekabrda qlobal neft hasilatı noyabr ayı ilə müqayisədə gündəlik 350 min barel azalaraq 100 milyon 20 min barel olub.

 

Reklam_3_11

"Marja" hesabata istinadən xəbər verir ki, dekabrda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 400 min barel artımla təxminən 68 milyon 440 min barelə qalxıb.

 

OPEC-in xam neft istehsalı keçən ilin dekabr ayında noyabr ayı ilə müqayisdə gündəlik 751 min barel azalaraq 31 milyon 580 min barel olub. Beləcə OPEC-in dekabrda cəmi qlobal neft hasilatındakı payı bir əvvəlki ayla müqayisdə 0,6% azalaraq 31,6% səviyyəsinə geriləyib.

 

Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Küveyt və Qabon olub. İraqda gündəlik istehsal 88 min barel artımla 4 milyon 714 min barelə yüksəlib. Küveytdə gündəlik xam neft istehsalı 29 min barel artaraq 2 milyon 800 min barelə, Qabonda isə gündəlik istehsal 26 min barel artaraq 197 min barelə çatıb.

 

Dekabrda gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma Səudiyyə Ərəbistanı, Liviya və İranda baş verib. Səudiyyə Ərəbistanında gündəlik istehsal 468 min barel azalaraq 10 milyon 553 min barelə geriləyib.

 

Liviyada gündəlik neft istehsalı 172 min barel geriləyərək 928 min barelə, İranda isə 159 min barel azalaraq 2 milyon 769 min barelə düşüb.

 

OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 290 min barel artımla gündəlik 100 milyon 80 min barelə çatacaq.

17.01.2019 12:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ