Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlik 2018-in dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik 2018-in dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 mlrd. 411,3 mln. manat, xərcləri 22 mlrd 718,9 mln. manat olmuşdur.

 

"Marja" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2018-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında bildirilir.

 

Gəlirlər

 

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 mlrd. 149,0 mln. manat proqnoza qarşı  22 mlrd. 411,3 mln. manat və ya 101,2 faiz icra olunmuşdur. 


Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7 mlrd. 417,6 mln. manat və ya  proqnoz 100,5 faiz icra olunmuşdur. Həmin vəsaitin 67,1 faizi və ya 4 mlrd. 975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

 

2018-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 mlrd. 434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6 faiz icra olunmuşdur.


Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 959,0  mln. manat  vəsait transfert edilmişdir.


2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.


2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6 mlrd. 320,7 mln. manat icra olunmuşdur. 

 

Xərclər

 

2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22 mlrd. 718,4 mln. manat  icra edilmişdir.


2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 mlrd. 52,9 mln. manat icra olunmuşdur.  


2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11 mlrd. 549,8 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8 mlrd. 941,9 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 22 mlrd. 27,2 mln. manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilmişdir. 


Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 mlrd. 196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və ya 7,6 faiz çoxdur.

 

Dövlət büdcəsinin kəsiri

 

Dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və ya təsdiq olunan yuxarı həddən 643,4 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 222,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilmişdir.

 

İcmal büdcə

 

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 mlrd. 34,7 mln. manat, xərcləri  isə 26 mlrd. 334,4 mln. manat icra olunmuşdur. 


2018-ci ilin icmal büdcədə 4 mlrd.700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır. 

17.01.2019 13:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ