Yeni "Mazda 6" artıq satışda!
(®) Yapon istehsalı, məşhur Mazda brendinin Azərbaycandakı rəsmi distribüteri Mazda 6 avtomobilinin yeni nəslinin satışına start verir.
Yeni Mazda 6 sizinlə hər macəraya atılmağa hazırdır! Onun sükanı arxasında özünüzü tək hiss etməyəcəksiniz. Çünki Mazda 6-nın bütün detalları insanla avtomobilin vəhdəti üçün düşünülüb.
Mazda 6-dakı yeniliklər barədə ilk təəssürat elə eksteryerdən başlayır. Gövdə elementlərinin rəvan keçidləri avtomobilə eleqantlıq, kəskin xətli radiator barmaqlığı isə əlavə dinamika verir. Avtomobilin yenilənmiş interyeri həm sürücüyə, həm də sərnişinlərə komfort vəd edir. Qızdırılan dəri oturacaqlar, sürücü oturacağının yaddaş paketi, ağac işləmələr rahatlığın və xoş görünüşün təminatçısıdır. Xüsusi boyama texnikası ilə nəfis və məqsədyönlü eksteryer isə sizi həmişə diqqət mərkəzində saxlayır.
Mazda 6-nın texnoloji yenilikləri idarəetmədə funksionallığa xidmət edir: multifunksional sükan, Head Up Display, 8 düymlük sensorlu monitor, BOSE® səsucaldıcıları, 7 düymlük alətlər paneli displeyi bunlardan bəziləridir. Bundan əlavə, işıqdiod fənərləri dəsti, qapı zonasının işıqdiodlu asqısı, açarsız daxilolma və Start Stop, yağış və işıq sensorları kimi praktik detallar sürücünün işini asanlaşdırır.
Avtomobildə gücü və dinamikanı 194 at gücünə malik 2.5L SKYACTIV mühərrik təmsil edir. Həmçinin, yeni Mazda 6 G-VECTORING, adaptiv işıqdiod faraları, Tutulan zolaqdan çıxma barədə xəbərdarlıq (LKA), Şəhərdə təhlükəsiz əyləcləmə (SCBS), parkinq ötürücüləri və s. funksiyaları sayəsində yüksək təhülkəsizlik performansı nümayiş etdirir.
Yeni Mazda 6 barədə daha ətraflı məlumat almaq üçün Azərbaycandakı rəsmi distribüteri Mazda Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz. Qeyd edək ki, Mazda 6-nı şəxsən sınaqdan keçirmək üçün test-drayva yazılmaq imkanınız da var.
Əlavə məlumat üçün: (012) 349 01 00 / http://mazda.az/cars/new-mazda6/sedan/overview
Mazda Avtomobil Mərkəzinin ünvanı: Bakı şəhəri, Bakı-Sumqayıt şossesi, 6-cı km
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
5 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
6 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 6 saat əvvəl
-
17 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
20 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 20 saat əvvəl
-
20 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ