Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Təhsil Nazirliyi tabeliyindəki bir neçə qurum ləğv ediləcək və ya birləşdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhsil Nazirliyi tabeliyindəki bir neçə qurum ləğv ediləcək və ya birləşdiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Təhsil Nazirliyi tabeliyindəki bir neçə qurum ləğv edilməsi və ya birləşdirilməsi nəzərdə tutulur.


"Marja" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

 

Fərman ilə Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsini və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün. 

 

Həmçinin Nazirlər Kabinetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etmək və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb: 

 

- Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi,

 

-Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi.

17.01.2019 15:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ