Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank”ın xalis mənfəətində böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın xalis mənfəətində böyük artım

“PAŞA Bank” ASC 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank, 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə bağlamışdı.  Beləliklə, illik müqayisədə “PAŞA Bank”ın xalis mənfəəti 30,6% artıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə “PAŞA Bank”ın faiz gəlirləri 15 milyon 355 min manat və ya 9,7% artaraq 173 milyon 512 min manat təşkil edib. Bank 2017-ci ildə 158 milyon 157 min manat faiz gəliri əldə etmişdi.

 

PAŞA Bankın qeyri-faiz gəlirləri isə xarici valyutadan xalis gəlirlərin azalması ilə əlaqədar olaraq 32,1% azalaraq 33 milyon 205 min manata düşüb. Qeyd edək ki, Dollar/Manat məzənnəsi sabitləşdiyindən spredlər də azalıb. Spredlərin azalması, bankların valyuta əməliyyatlarından gəlirlərinin azalması ilə nəticələnib. 

 

2018-ci ildə “PAŞA Bank”ın, xərclər gəlirlərdən çıxıldıqdan sonra, mənfəət vergisi xərcindən əvvəl mənfəəti 98 milyon 837 min manat təşkil edib. 2017-ci ildə bu məbləğ 73 milyon 798 min manat idi. “PAŞA Bank” ötən il 21 milyon 780 min manat mənfəət vergisi ödəyib.

 

AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOX ARTIB

 

31 Dekabr 2018-ci il tarixində “PAŞA Bank” 4 milyard 695 milyon 717 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 1 milyard 144 milyon manat və ya  32,2% çoxdur. Aktivlərin 1 milyard 440 milyon 257 min manatını investisiya qiymətli kağızları (3,6 dəfə artıb), 1 milyard 320 milyon 893 min manatını müştərilərə verilmiş kreditlər (40% artıb), 1 milyard 99 milyon 889 min manatını kredit təşkilatlarından alınacaq məbləğlər (24% azalıb) və s. təşkil edib.

 

2017-ci illə müqayisədə ötən il “PAŞA Bank”ın müştərilər qarşısında öhdəlikləri 1 milyard 101 milyon 306 min manat və ya 39% artaraq 3 milyard 923 milyon 288 min manata qalxıb.

 

Ötən ilin sonunda “PAŞA Bank” 418 milyon 148 min manat cəmi kapitala malik olub.

17.01.2019 16:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ