Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası müştərilərə verilmiş kreditləri aşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası müştərilərə verilmiş kreditləri aşıb

2018-ci ildə “PAŞA Bank”ın satış üçün mövcud olan investisiya qiymətli kağızlara sərmayəsi kəskin artıb.

 

Reklam_3_11

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “PAŞA Bank” qiymətli kağızlara investisiyasını 3,6 dəfə artırıb. Nəticədə, investisiya məbləği 2017-ci ilin sonundakı 395 milyon 944 min manatdan 2018-ci ilin sonunda 1 milyard 440 milyon 257 min manata çatıb. 2017-ci ilin əvvəlində “PAŞA Bank” qiymətli kağızlara cəmi 106 milyon 274 min manat investisiya yatırmışdı. Son 2 ildə investisiya 13,5 dəfə artıb.

 

Diqqəti çəkən “PAŞA Bank”ın qiymətli kağızlara investisiyasının müştərilərə verilmiş kreditləri aşmasıdır. 31 Dekabr 2018-ci il tarixində müştərilərə verilmiş kreditlər 1 milyard 320 milyon 893 min manat təşkil edərkən, qiymətli kağızlara investisiya 1 milyard 440 milyon 257 min manat olub (9% çox).

 

Ötən il “PAŞA Bank”ın müştərilərə veridiyi kreditlər 40% artıb. 2017-ci ilin sonunda kredit portfeli 1 milyard manatdaan aşağı – 943 milyon 099 min manat idi.

 

Bunlardan başqa, “PAŞA Bank” digər kredit təşkilatlarına 1 milyard  99 milyon 889 min manat borc verib.

 

Xəbər verdiyimiz kimi, “PAŞA Bank” ASC 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Daha ətraflı: “PAŞA Bank”ın xalis mənfəətində böyük artım

 

18.01.2019 04:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ