Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

WSJ: Mnuchin Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
WSJ: Mnuchin Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmağı planlaşdırır

"Wall Street Journal" qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, Tramp hökumətinin rəsmiləri, maliyyə bazarlarını dəstəkləmək və Pekin ilə aparılan danışıqlar prosesini rahatlaşdırmaq məqsədilə Çin məhsullarına tətbiq olunan gömrük vergisini azaltmağı düşünürlər.
 

"Marja" xəbər verir ki, Cümə axşamı günü dərc olunan xəbərə görə; ABŞ-ın xəzinə naziri Steve Mnuchin tariflərin azaldılmasını dəstəkləyir, amma Ticarət Nümayəndəsi Robert Lighthizer-ın məsələ ilə bağlı tərəddüdü var.
 

Reklam_3_11

Xəbərdən sonra, Nyu-Yorkda birja indekslərində də artım olub. Neft qiymətləri yüksəlib, Brent neftinin qiyməti 1%-ə yaxın qalxaraq 61,75 dollara çatıb.

 

Xəbər, Çinin Baş nazirinin köməkçisi Liu Henin bu ayın sonunda Vaşinqtona ticarət danışıqlarını davam etdirmək məqsədilə səfər edəcəyini açıqlamasının ardından yayılıb.
 

ABŞ Prezidenti Donald Tramp, əgər tərəflər 1 Marta qədər geniş bir ticarət sazişini razılaşdırmasalar Çin məhsullarına tətbiq olunan əlavə gömrük vergilərini yüksəldəcəyini bildirmişdi. 

18.01.2019 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ