Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Məhkəmə 22 milyon funtluq əmlakını müsadirə edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhkəmə 22 milyon funtluq əmlakını müsadirə edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib.

 

Reklam_3_11

Bu barədə Britaniya KİV-i xəbər verir.

 

Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib.

 

Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

 

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

18.01.2019 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ