Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hesab.az qazandıran kampaniyalar ilə ilklərə imza atmağa davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az qazandıran kampaniyalar ilə ilklərə imza atmağa davam edir

(®) Hesab.az hər zaman fərqli və müxtəlif kampaniyalar həyata keçirərək istifadəçilərinə ödəniş etmək üçün daha bir səbəb vermiş olur. Onlayn sahələrin inkişaf etdiyi dövrdə Hesab.az mövcud bazar şəraitində  üstünlüyünü qoruyub və öndə olmağa davam edir.

 

Hesab.az-ın rahatlığı, təhlükəsizliyi, sürətliliyi sayəsində hər gün yeni istifadəçilərinin sayı dayanmadan artır. Hesab.az öz 400.000-ci istifadəçisinə dəyərli mobil telefon hədiyyə edib.

 

Bu uğur Hesab.az komandasına daha da stimul vermiş, gələcək layihələrində həvəsləndirmiş oldu.

 

Mütəmadi olaraq təhsil ilə bağlı  böyük layihələrdə, sosial- məsuliyyətlilik tədbirlərində iştirak etməklə cəmiyyətin inkişafına töhvə vermiş olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan "Golden Pay" şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. 70-dən çox tələbə arasından 3 nəfər təqaüdə layiq görülüb və 2018-2019 -ci il tarixlərində aylıq 150 AZN təqaüdlə təmin olunacaqlar.

 

Hesab.az-ın "Rabitə Bank" və "Optimal Electroniks" ilə öz müştərilərinə sərfəli kredit şərtləri ilə mobil telefon alınması layihəsinin hazırkı nəticələri gözləntiləri üstələməyi bacarıb.

 

Bundan əlavə ölkənin ilk Mobil operatoru "Bakcell" şirkəti ilə birgə təqdim olunan kampaniyada siz Hesab.az saytı vasitəsi ilə balansınızı avtomatik şəkildə artıra biləcəksiniz və ilk istifadədə 300MB qazanacaqsınız. Belə ki, Hesab.az vasitəsi ilə balansınız siz təyin etdiyiniz tarix aralığında  qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq.

 

İlin yeni başlamasına baxmayaraq Hesab.az platformasında yeniliklər bitmir. Siz istənilən yerdə və şəraitdə artıq Hesab.az-la İcbari Avtomobil sığortanızı ala və digər bütün sığorta ödənişlərinizi rahat şəkildə ödəyə bilərsiniz.

 

Daxili kampaniyalar və yeniliklərdən əlavə Hesab.az-ın mövcud sosial şəbəkədəki kanallarında da daimi olaraq kampaniyalar haqqında öncədən məlumat ala və müxtəlif dəyərli hədiyyələr qazanacağınız müsabiqələrdə iştirak edə bilərsiniz.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

18.01.2019 09:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ