Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Binədə baş vermiş qəzaya görə sığorta ödənişlərinin verilməsinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Binədə baş vermiş qəzaya görə sığorta ödənişlərinin verilməsinə başlanılıb

Ötən ilin oktyabrın 1-də Bakıda qatarla sərnişin daşıyan avtobusun toqquşması nəticəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə başlanılıb.

 

Reklam_3_11

Bu barədə sığorta şirkətindən daxil olan məlumatda bildirilir.

 

Xatırladaq ki, sığorta hadisəsi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş verib. Yol qəzası zamanı avtobus sürücü ilə birlikdə avtobusda cəmi 42 nəfər olub, onlardan 3-ü ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Qəzada sağlamlığa dəymiş xəsarətlər üzrə ödənilmiş və ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 manat təşkil edib. Bundan başqa, 3 əmlaka 42 962 manat, o cümlədən “Kamaz” markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmir yolu məntəqəsinə 12 255 manat zərər dəyib.

 

Beləliklə, “İcbari sığortalar haqqında” qanuna əsasən, əmlaka dəyən zərərlə bağlı sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiriləcək. 

18.01.2019 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ