Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən böyük onlayn ödəmə portalı olan “Hesab.az” ilə birlikdə avtomatik ödəniş funksiyasını  təqdim edib.

 

Bu yeni xidmət sayəsində Bakcell abunəçiləri həm özlərinin, həm də yaxınları və ailə üzvlərinin mobil nömrələrin balansına daha rahat şəkildə nəzarət edə biləcəklər. Belə ki, nömrənin balansında olan məbləğ təyin olunmuş həddə qədər azalan kimi (2 AZN, 5 AZN, 10 AZN və yaxud 20 AZN) müvafiq məbləğ həmin nömrəyə avtomatik qaydada yükləniləcək. Bu funksiyadan istifadə edən abunəçilərin nömrələrinin balansındakı məbləğ heç vaxt tükənməyəcək.

 

Tamamilə pulsuz təqdim olunan bu xidmətdən istifadə etmək üçün abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, bank kartının məlumatlarını daxil etməli və avtomatik ödəniş növü kimi “Bakcell Top-Up” funksiyasını seçməlidirlər. Qeyd edək ki avtomatik ödəniş üçün 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və ya 50 AZN məbləğ təyin oluna bilər.

 

Xidmətə qoşulan kimi istifadəçilərə 300 MB həcmində pulsuz internet trafiki HƏDİYYƏ ediləcək. İlk avtomatik ödənişdən sonra pulsuz internet trafiki nömrənin balansına yükənilərək 3 gün ərzində istifadə oluna bilər.

 

Yeni xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/automatic-top-up səhifəsində təqdim olunub.

 

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə  təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub.

18 Yanvar 2019 , 15:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin