Azərbaycanın 2019-cu il hərbi büdcəsi açıqlandı
Azərbaycan 2019-cu ildə müdafiə qabiliyyəti və milli təhlükəsizlik üzrə xərcləri 4,6% artıracaq.
Bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.
“2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 milyard manatın ayrılması nəzərdə tutulub ki (cari məzənnə ilə təxminən 2 milyard dollar), bu da 2018-ci illə müqayisədə 4,6% çoxdur”, - N.Sadıkov “Milli Məclis” jurnalı müsahibəsində bildirib.
O əlavə edib ki, hərbi büdcənin artımı Azərbaycan Ordusunun yeni sulah və texnika ilə təchiz olunmasına imkan yaradıb. “Bu istiqamətdə artım cari ildə də gözlənilir”, - N.Sadıkov qeyd edib.
O vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən son illər 1400 hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib. Azərbaycanın digər bölgələrində isə daha 2 min hərbi qulluqçuya xidməti mənzillər verilib.
“Yaxın vaxtlarda daha 500 hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub”, - N.Sadıkov əlavə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl