Beynəlxalq reytinq agentliyi Azərbaycana qiymət verdi
“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırır.
"Biz 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 10,7%-i səviyyəsində proqnozlaşdırırıq. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir", - deyə agentliyin icmalında bildirilir.
“Moody`s”in qiymətləndirmələrinə görə, bu il Azərbaycanın xarici borcu (dövlət və özəl sektorun borcları nəzərə alınmaqla) ÜDM-nin 46,5%-ni təşkil edəcək ki, bu da da regionda ən aşağı göstəricilərdən biridir.
Azərbaycan xarici borcun proqnozlaşdırılan həcminə görə MDB ölkələri arasında ikinci yeri tutur. Birinci yerdə ÜDM-nin 28,3%-i səviyyəsində göstərici ilə Rusiya qərarlaşıb. Digər MDB ölkələrində borcun məbləği ÜDM-nin 50%-ni ötür.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5,1 mlrd. dollar və ya ÜDM-nin 15%-ni təşkil edib. Hökumət 2019-cu il üçün tədiyə balansının cari əməliyyatlar hesabının profisitini 3,9 mlrd. dollar və ya ÜDM-nin 8,1%-i səviyyəsində proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
- 17 d. əvvəl
-
41 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl